İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,İsmayıllı rayonu, Qaraqaya kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m2 olan birmərtəbəli 4 otaqdan ibarət evin 1 otağının tavanı 12 m2 sahədə və evə bitişik ümumi sahəsi 72 m2 olan talvarın dam örtüyünün yanar konstruksiyaları və altına yığılmış 10 ton ot bağlamasının 3 tonu, 1 ton buğda, 1 ton arpa yanıb.
Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.