Bu gün "1 iyun -
Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Kürdəmir rayonun Heydər Əliyev Parkında bayram şənliyi təşkil
olunub.
sabahinfo.az-a verilən məlumata görə Tədbirdə rayon İcra Hakimiyyətin Başçısının müavini
Vəsilə Əsgərli, təhsil və mədəniyyət işçiləri , rayonun ümumtəhsil
məktəblərinin şagirdləri və uşaq bağçalarının kollektivləri öz körpə fidanları ilə ıştirak edirdilər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar
məsələləri üzrə müavini Vəsilə Əsgərli körpə fidanları öz ürək sözlərilə təbrik
edərək söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə
işləməlidir" tələbi ölkədə real tətbiqini tapır. Bu işdə Heydər Əliyev
Fondunun və onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən
işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların
problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli
təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması
istiqamətində önəmli layihələr həyata keçirir.
Sonra tədbirdə bir qrup istedadlı uşaqlara
fəxri fərmanlar təqdim olundu.
Bağça uşaqları və məktəblilərin tədbirdə nümayiş etdirilən əl
işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir
uşaqların ifalarında təqdim olunan maraqlı mahnı və rəqslərlə başa çatıb.