İyunun 2-də
rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanda multikultural mühitdə olan mövcud
münasibətlər sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan multikulturalizmin
ədəbi-bədii qaynaqları” kitabının
müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
sabahinfo.az-a verilən məlumata görə Tədbirdə Kürdəmir Rayon
İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini
Vəsilə Əsgərli, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və
nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov
, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya
heyətinin üzvləri və Qobustan, Şamaxı,
Ağsu, Göyçay, Ucar, Zərdab, Ağdaş rayon Mədəniyyət və Turizm şöbələrinin
nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Kürdəmir
Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə
müavini Vəsilə Əsgərli açaraq ölkəmizdə multikulturalizm ənənələrinin qorunub
saxlanılması, daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə
2016-cı ilin Azərbaycan Respublikasında
"Multikulturalizm ili” elan olunduğunu, bu məqsədlə respublikamızda, eləcə də
rayonumuzda keçirilən silsilə tədbirlərdən danışaraq multikulturalizmin əsrlər
boyu xalqımıza xas olan bir anlayış kimi müxtəlif dinlərin, millətlərin
nümayəndələrinin Azərbaycanda bir ailə
kimi yaşadığını vurğuladı.
Tədbirdə Mədəniyyət və
Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri
vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov "Azərbaycanda multikulturalizmin
dövlət siyasəti olması haqqında”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli "Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması haqqında”, kitabın müəlliflərindən biri Azərbaycan Milli Elmlər Akademiyasının
əməkdaşı, fəlsəfə elmləri doktoru İbrahim Quliyev "Multikulturalizm ideologiyası, ədəbi
qaynaqlarımızda multikultural dəyərlərinin ifadəsi” mövzusunda çıxış ediblər.
Çıxış edənlər
"Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabında multikultural dəyərlərin tarixi
dastanımız olan Kitabi Dədə Qorquddan bu günə kimi ədəbi mənbələrimizdə
yaşadılmasını şərh ediblər.
Sonda tədbir
iştirakçıları "Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsini apardılar.