Layihə davam etdirilir

Rəqəmsal İnkişaf İB-yi artıq bir neçə müddətdir

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının" maliyyə yardımı ilə " Tanıt, Paylaş və Yaşat" layihəsini başlamışdı. Çox millətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur. "Tarixi İpək yolunda” yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Bu səbəbdən layihənin adını "Tanıt, Paylaş və Yaşat” seçərək məqsədimiz Azərbaycanın Multikulturalizm sahəsində inkişafını daha da gücləndirmək üçün gənclərə ölkədəki multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat vermək, Azərbaycançılığın təbliği üçün milli və dini maarifçilik, mədəniyyətlərarası dialoq, milli və dini tolerantlıq sahələrində iştirakda gənclərin fəallığının artırılmasıdır. Gəncləri bu mövqedə bir araya yığaraq bizim bəşəriyyətin mədəni-mənəvi irsinə olan hörmətini, ölkəmizi xüsusilə dünyada tanınan dövlətə çevirmək məqsıdi ilə Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasına köməklik göstərmək, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqin haqqında gəncləri məlumatlandırmaqdır. Bir sözlə, müasir Azərbaycan modeli - dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin etməsi, həm də digər inanc və mədəniyyətlərə mənsub olan müxtəlif qruplara hörməti haqqında gəncləri maarifləndirmək olacaq. Beləliklə layihə dövründə bir qrup gənclərə təlim təşkil olunacaq, təlim sonunda gənclər Azərbaycanın Multikulturalizm baxış bucağı mövzusunda "Tanıt, Paylaş və Yaşat” adlı məqalə yazmaq üçün kiçik müsabiqəyə dəvət olunacaqlar və 10 (on) ən yaxşısı seçilərək kiçik həvəsləndirici hədiyyələr veriləcək. Həmin məqalələr ingilis dilinə tərcümə olunaraq Beynəlxalq media və qurumlara göndəriləcək. Həmçinin layihə dövründə "Tanıt, paylaş və yaşat!” mövzusunda sosial rolik çəkiləcək, 28 MALL Ticarət Mərkəzində gənc rəssamların iştirakı ilə Multikulturalizm mövzusunda "Tanıt, paylaş və yaşat!” rəsm sərgisi təşkil olunacaq. Facebook sosial şəbkəsində geniş miqyasda kampaniya aparılacaq.