Abşeron rayonunun Saray qəsəbəsində fövqəladə hadisə baş verib. Sentyabın 16-da qəsəbədəki 2 nömrəli orta məktəbin qarşısından keçən kanalizasiya xətti partlayıb. Sakinlərin Modern.az-a verdikləri məlumata görə, hadisə nəticəsində yolun Mikayıl Müşfiq keçəsindən Azadlıq küçəsindək olan məsafəsini çirkab suları basıb. Bu isə şagirdlərin dərsə getməsini əngəlləyib.
Sakinlər deyirlər ki. Aidiyyatı qurumlara məlumat verilsə də hələ ki köməyə gələn yoxdur.