Tanınmış aktyor daha bir otel açacaq

Amerikalı aktyor Robert De Niro Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində butik-otel tikəcək. Bunun üçün müvafiq icazəni Vesminster şəhər şurası verib.

 

Sabahinfo.az buro247.az-a istinadən xəbər verir ki, "Wellington" otelində 83 nömrə, spa-salon, restoran, qapalı klub və ticarət məkanı olacaq. Aktyor artıq uzun illərdir ki, burada otel tikdirməyi arzulayırdı. Kovent-Qarden rayonunda yerləşəcək otelin tikintisinə gələn ildən başlanılacaq, açılışı isə 2019-cu ilə planlaşdırılıb.

Bu, məşhur aktyorun sayca ikinci oteli olacaq. De Niro Nyu-Yorkda yerləşən "Greenwich" otelinin sahibidir.