Tanınmış yazıçı, araşdırmaçı Namiq Hacıheydərli Azərbaycan Xalq Cəbhəsi
Partiyasına (AXCP) üzv olub.
Bu barədə AXCP-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yazıçı üzvlük üçün müraciət edib və onun bu müraciəti qəbul olunub. Yazıçılar birliyinin üzvü, prezident mükafatçısı N. Hacıheydərli özü də xəbəri təsdiqləyərək bildirib ki, ona bir neçə partiyalardan təklif gəlsə də məhz Razi Nurullayevin sədrlik etdiyi partiyanı seçmək qərarına gəlib:
"Bir neçə partiyadan dəvət almışdım, Razi bəylə söhbətdən sonra mənim
üçün AXCP-nin düzgün seçim olduğuna qərar verdim. Bu qərarı verməyimdə Razi bəyin
şəxsiyyətinə olan hörmətimlə yanaşı, AXCP-nin fəaliyyəti də böyük rol oynadı.
Hazırda AXCP ölkənin ən fəal partiyasıdır. Sosial, iqtisadi, siyasi təkliflərlə
çıxış edir. Xüsusiylə də partiyanın son "Vahid Qərar Şurası” ideyası xalqımız və
dövlətimiz üçün olduqca mühüm məsələdir. İnanıram ki, mən də görəcəyim işlərlə
partiyanın fəaliyyətinə töhvə verəcəm”.