Ülviyyə Könül qızını nişanladı

Rejissor Ülviyyə Könül qızını nişanlayıb.

Sabahinfo.Az-ın axşam.az-a istinadən məlumatına görə, o, bu haqda "Klip+" verilişində deyib.

Rejissor bildirib ki, kürəkəni Türkiyə vətəndaşıdır:

"Oğlanı çoxdan tanıyıram, Könüllə bir yerdə oxuyublar. Münasibətlərimiz çox yaxşıdır. Xasiyyətim tünddür. Qızım deyir ki, nə yaxşı sənin nişanlıma münasibətin yaxşıdır? Könüllə yaşıddır.

Həyatda əsas planlarım qayınana, nə vaxtsa nənə olmaqdır. Qızıma normal baxa bilmədim. O, doğulanda karyerama yeni başlamışdım. Onun böyüməsini görməmişəm. Düşünürəm ki, nəvələrimin hər anında yanlarında olacam".