Sumqayıt şəhərində 4 azyaşlı qidadan zəhərlənib. Sabahinfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də Sumqayıt şəhərində yaşayan azyaşlılar Şahvələd Qurbanov, Qəmər Hadıyeva, Yusif Sultanov və bacısı Əsnad qidadan (dərmanlanmış gavalı və üzüm meyvələri) zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Araşdırma aparılır.