Tanınmış şair Vaqif Bayatlı Ödər üzərində aparılan beyin əməliyyatı az öncə başa çatıb.
sabahinfo.az bildirir ki, bu barədə modern.az-a onun dostu Əhməd Qəşəmoğlu məlumat verib. Bildirib ki, Türkiyənin Memorial Xəstəxanasında əməliyyat olunan şairin vəziyyəti kafidir.
"VaqifBayatlının ailəsi ilə indicə əlaqə saxladım. Həkimlər deyib ki, əməliyyat tam uğurla başa çatıb".
Ə.Qəşəmoğlunun sözlərinə görə, artıq Vaqif Bayatlının həyatı üçün heç bir təhlükə qalmayıb.
"Artıq əməliyyatdan sonra Vaqif reanimasiyaya köçürülüb. Onun həyatı üçün heç bir təhlükə qalmayıb.
Səbirsizliklə tam sağ-salamat Bakıya, vətənə gəlməsini gözləyirik", - deyə Əhməd Qəşəmoğlu sevincini bölüşüb.