FTX arxivi açdı: Yaponiya müharibəyə hazırlaşıb...

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yaponiya ordusunun 1938-ci ildə SSRİ ilə müharibəyə hazırlaşdığına dair sübutların yer aldığı arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

Sənədlərdə Kvantun ordusunun komandanı general Otozo Yamadanın 1938-ci ilin yanvar ayının əvvəlində 3-cü Ordunun hazır vəziyyətə gətirilməsini əmr etdiyi yer alıb.

Yamada Mancuriyada SSRİ ilə sərhəd bölgəsində yerləşən 3-cü Ordu komandiri təyin edildikdən dərhal sonra müharibəyə hazırlaşmağa başlayıb.

Avqustun 9-da isə Yaponiya ordu hissələrinə 70 saylı əmr (müharibə hazırlığının gücləndirilməsi) verilib.