Gənc həmyerlimiz qızıl medal qazanıb

Macarıstanın Balatonfüred şəhərində keçirilən XV Balaton Beynəlxalq Gənclik İncəsənət Festivalı başa çatıb.

Festivalda ölkəmizi təmsil edən Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin 3-cü sinif şagirdi Rəfail Cəfərov vokal ifaçılığı üzrə qızıl medala layiq görülüb.

Tədbir çərçivəsində vokal ifaçılığı, xoreoqrafiya, instrumental musiqi, aktyorluq, kinematoqrafiya, rəssamlıq, fotoqrafiya sahələri üzrə nominasiyaların qalibləri Macarıstanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilərək mükafatlandırılıb.

Qeyd edək ki, bu qələbə Rəfail Cəfərovun yeganə uğuru deyil. O, iyunun 26-da San-Marino şəhərində gənclər arasında keçirilən incəsənət festivalında da "Qran-pri”yə layiq görülüb.