Generalın oğlu DGK-nə 5 milyon manat zərər vurdu - Həbs olundu

Hövsan Dəniz Gömrük Postunun sabiq rəisi Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Sabahinfo.az xəbər veürir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, sabiq rəis Fərid Usubov Dövlət Gömrük Komitəsinə 5 milyon manat zərər vurub.

Qeyd edək ki, Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Fərid Usubovun həbs xəbərini ilk olaraq "Gununsesi.info" saytı yayıb.