Göygöldə Silahlı Qüvvələr Günü qeyd olunub

Göygöldə 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub.

26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və müharibə veteranları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önümə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anıblar. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.