Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.