Hacıqabulda şəhid Qubad Zeynalovun ad günü qeyd olunub

 Hacıqabul rayonunda Vətən müharibəsi şəhidi Zeynalov Qubad İslam oğlunun doğum günü qeyd edilib, şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib. Mərasimdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, şəhidin valideynləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Şəhidin əziz xatirəsinə hazırlanmış xüsusi hədiyyə ailəsinə təqdim olundu. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdilər, ruhuna dualar oxudular.