Hacıqabulda şəhidin doğum günü qeyd olunub

Hacıqabul rayonunda Vətən müharibəsi şəhidi Abbasov Hüseyn Əlizadə oğlunun doğum günü qeyd edilib. Bu məqsədilə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, şəhidin valideynləri rayon Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər. Şəhidin əziz xatirəsinə hazırlanmış xüsusi hədiyyə atasına təqdim olunub. Daha sonra anım tədbiri şəhidin təhsil aldığı Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbdə şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam etdirilib.