Hansı ölkədə nə keçirilirsə, bizə aiddiyyatı yoxdur – Siyavuş Novruzov

 “Azərbaycanda prezident seçkilərinin olması bilavasitə imkan verir ki, hər bir şəxs namizədliyini versin”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, hansı ölkədə nə keçirilirsə, bizə aiddiyyatı yoxdur, şəxsi işləridir: “Azərbaycanın qarşısında bərpa işləri durur. Azərbaycan Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizinə çevrilib. Bu seçkilərin keçirilməsi vacibdir”.

Deputat qeyd edib ki, prezidentə səlahiyyəti xalq verir: “Biz hər hansı qanunu təsdiq edə bilərik. Biz kiməsə səlahiyyət verə bilmərik ki, getsin müqavilə imzalasın. İnanıram ki, xalqımız prezidentimizi dəstəkləyəcək”./bakivaxti.az