Haqqında şayiə yayılan çempion polis danışdı

“Səhhətimlə əlaqədar öz xahişimlə tutduğum vəzifədən azad olunub DİN-nin sərəncamına göndərilmişəm”

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev haqqında yayılan şayiələrə aydınlıq gətirib.

 

Bu haqda Mehman Fətəliyev Azerforum.com-a açıqlama verib: “2021-ci ilin dekabrın 18-də səhhətimlə əlaqədar öz xahişim ilə tutduğum vəzifədən azad olunub DİN-nin sərəncamına göndərilmişəm. Lakin saytlarda və sosial şəbəkələrdə yalan məlumatlar yayaraq xidmətdə verdiyim nöqsanlara görə tutdugum vəzifədən azad olunduğum bildirilmişdir”.

Xatırladaq ki, polis polkovnik-leytenantı Mehman Əlisafa oğlu Fətəliyev 17.12.1981-ci ildə Sumqayıt səhərində anadan olub. Əslən Qubadlıdandır. 1998-ci ildən daxili işlər orqanlarında çalışır. 2015-ci ildə Nəsimi RPİ-si DYPŞ-nin rəisi, 2019-cu ildən isə Səbail RPİ-si DYPŞ-nin rəisi vəzifəsində xidmət edib.

Mehman Fətəliyev gənc idman növlərindən sayılan qrapplinqlə də məşğul olur. Bir neçə uğurlara imza atıb. Bekə ki, 2018 və 2019-cu illərdə qrapplinq idman növü üzrə dünya çempionatında 2-ci yer, 2020-ci ildə isə Bakı şəhərində keçirilən dünya çempionatında 1-ci yer tutub. 2018 və 2021-ci illərdə Əbu-Dabi şəhərində keçirilən Jiu-jitsu idman növündə dünya çempionu olub. Sonuncu döyüşdə qalib olsa da belindən ciddi zədə alıb.