Həştərxan Dövlət Universiteti Bakıdakı Həştərxan İş Mərkəzində silsilə tədbirlər təşkil edir

Məlum olduğu kimi dekabrın 7-də Bakıda Həştərxan İş Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Həştərxan vilayətinin başçısı İqor Babuşkin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər Azərbaycanla Həştərxan vilayəti arasında iqtisadi və humanitar əlaqələrin inkişafı üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər.

Təhsil siyasəti isə Böyük Xəzərdə regionlararası və dövlətlərarası əməkdaşlığın ən mühüm sahələrindən biri olaraq qalır.

Belə ki, Rusiyada, o cümlədən Həştərxan vilayətində alınan ali təhsil Azərbaycanda ənənəvi olaraq yüksək qiymətləndirilir. Hazırda bu Xəzəryanı dövlətdən Həştərxanda 400-ə yaxın tələbə təhsil alır. Ona görə də azərbaycanlılar üçün Həştərxan universitetlərinə qəbulun daha əlçatan və rahat olması vacibdir. Bakıda Həştərxan İş Mərkəzinin bazasında Həştərxan Dövlət Universitetinin təhsil, elm və texnologiya mərkəzinin açılması bu istiqamətdə ciddi addım kimi nəzərdə tutulub. Bu məkan artıq formalaşmış tərəfdaşlığı gücləndirməyə kömək edən müasir yaradıcılıq məkanıdır.

2021-ci il dekabrın 15-dən dekabrın 19-dək Həştərxan Dövlət Universiteti Bakıdakı Həştərxan İş Mərkəzinin ərazisində Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən dəstəklənən “Əcnəbilərin təhsilinin maarifləndirici aspektlərinin genişləndirilməsi diqqət mərkəzində” layihəsi çərçivəsində bir sıra mədəni-maarif tədbirləri təşkil edəcək.

15-16 dekabr 2021-ci il tarixlərində yuxarı sinif şagirdləri və tələbələri üçün “Rus dili ilə möcüzələr yarada bilərsiniz... (K.Q. Paustovski)” adlı əyləncəli lektoriya və müəllimlər üçün “Müasir rusşünaslığın aktual problemləri və linqvodidaktika” mövzusunda konfrans keçiriləcək.Tədbirlər xarici təhsil mühitində rus dilini və rus mədəniyyətini populyarlaşdırmaq, xarici dil auditoriyasında rus dilini öyrənməyə davamlı marağın formalaşmasına kömək etmək məqsədi daşıyır. 17-18 dekabrda isə Mərkəzdə V.İ.Dalın 220 illiyinə həsr olunmuş yaradıcı layihələrin müsabiqəsi keçiriləcək. Müsabiqənin məqsədi tələbələrin rus dilinə və rus mədəniyyətinə marağını inkişaf etdirmək, V.İ.Dalın həyat və yaradıcılığı haqqında bilgiləri dərinləşdirmək, onun "Böyük rus dilinin izahlı lüğəti"nin leksikoqrafiya və ümumiyyətlə mədəniyyətdəki rolu, tələbələrin idrak fəaliyyətinin inkişafı üçün motivasiyanın formalaşdırılmasıdır. Müsabiqəyə orta məktəb və universitet tələbələri dəvət olunur. Layihələrin ictimai müdafiəsi şəxsən iştirakçı komandaların iştirakı ilə keçiriləcək. Yaradıcı layihələrin bütün iştirakçılarına sertifikatlar, qaliblərə mükafatlar, layihə rəhbərlərinə isə təşəkkürnamələr təqdim olunacaq.