Hicran Hüseynova qəbul keçirib

17 avqust 2021-ci il tarixdində 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova qəbul keçirib. Hicran xanım Hüseynova Narkomaniya üzrə ekspert Emil Maraqlovla görüşərək son zamanlar sürətlə yayılan ağ ölüm adlanan narkomaniya ilə bağlı açıqlam edərək, həlli yolunda görülən işlərdən danışaraq, cəmiyyəti və bu cəmiyyəti təşkil edən əsasən cavanları qorumalı olduğumuzu bildirərək Hicran xanımla birgə bu istiqamətdə layhilərin görülməsini və cavanlarla görüşlər keçirilərək bu üzrə təbliğat və maarifləndirmə aparılmasının vacib olduğunu bildirmişdir. Hicran xanım da öz növbəsində bu mövzuya toxunaraq yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan xüsusən də gənc nəsil arasında yayılan narkomaniyadan danışaraq bu məsələnin narahat edici bir problem olduğunu və dəfələrlə çıxışlarında xüsusilə qeyd etdiyini bildirmiş, hər zaman həlli yolunda addımların atıldığını bundan sonrada həll edici yollarda birgə olaraq lazımi gələn köməklikləri göstərəcəyini bildirmişdir.

Qəbulda həmçinin sakinlərin müraciəti dinlənilib və həllini tapmışdır.