Hicran Hüseynova seçicilərlə qəbul keçirdi-FOTOLAR

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova seçicilərlə qəbul keçirib

9 sentyabr 2021-ci il tarixdə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaşlarla qəbul keçirib, onların müraciətlərini dinləyib.

Qəbulda 1-ci Qarabağ müharibəsi əlili Vüsal Nəzərov, 2-ci Qarabağ müharibəsinin qazisi Namiq Əliyev iştirak edərək Hicran xanım Hüseynovaya daim şəhid və qazi ailələri ilə maraqlanaraq diqqət mərkəzində saxladıqlari üçün öz təşəkkürlərini bildirib və qarşılaşdığı problemlindən bəhs ediblər. Millət vəkili vurğulayıb ki, şəhid ailələri, müharibə veteranları, qazilər onların ailələrinin qayğısına qalmaq həm vətəndaşlıq və həm də vəzifə borcudur və bu hər zaman belə olacaq. Daha sonra onun müraciət etdiyi məsələ ilə bağlı yerindəcə müəyyən qurumlarla əlaqə saxlamış və nəzarətə götürülmüşdür.

Daha sonra isə qəbulda iştirak edən xeberle.com sayıtının baş redaktoru Ramil Zeynallı Sumqayıt şəhərində baş verən bəzi problemləri diqqətə çatdırmış, şəhərin ekologiya vəziyyəti və onun yaratdığı fəsadlarla bağlı ətraflı məlumat verərək, məsələnin həll olunması istiqamətində təkliflər təqdim etmişdir. Millət vəkili H.Hüseynova qeyd edilən məsələ ilə bağlı dəfələrlə çıxışlar etdiyini, müvafiq qurumlara rəsmi məktublar ünvanladığını bildirmişdir. Hal-hazırda bu problemin həlli sahəsində müxtəlif səviyyələrdə görüşlərin keçirildiyi və danışıqların aparıldığını qeyd etmişdir.

Sumqayıt şəhəri ərazisindən digər seçicilərimizdə qəbulda iştirak etmiş həm şəxsi problemləri, həm də yaşadıqları ərazidə mövcud ümumi məsələlərlə bağlı Hicran Hüseynovaya müraciət ediblər.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.