Hicran Hüseynovadan şəhid ailəsinə diqqət

Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şəhidimiz Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Baş giziri Camal Vidadi oğlu İsmayılovun bugün doğum günüdür. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik. Camal İsmayılov 07.07.1984 cü il də Neftçala rayonun Həsənabad qəsəbəsində dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 21.10.2020-ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuş, vəsiyyətinə görə böyüyüb boya-başa çatdığı yurdu Neftçala rayonu Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhidimiz Camal İsmayılovun ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı”,”Vətən uğrunda” ,”Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunmuşdur.

Bugün Sumqayıt şəhərindən seçilmiş Milli Məclisin deputatı Hicran xanım Hüseynovanın nümayəndəsi Şəhidimizin ailəsi ilə əlaqə saxlayaraq dərin hüzünlə şəhidimizi yad etdiyini və qürur hissi duyduğunu bildirib.

Şəhidimizin ailəsi oğullarının vətənə, torpağa bağlı olan sevgisindən danışıblar.Şəhidimiz döyüş bölgəsində bir çox erməni əsgərini məfh etmişdir.

Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi Şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında qürur və ehtiram hissi ilə baş əydiklərini bildiriblər. Bugünümüzü onlara borcluyuq, hər zaman ailələrin yanında olacaqlarını bildiriblər. Ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların daim diqqətdə olacaqlarını bildiriblər. Şəhidimizin ailəsi diqqət göstərildiyi üçün öz təşəkkürlərini bildiriblər. Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.