Hüquqşünas dünya çempionu Güloğlan Cabbarlı: “Ağ ölüm” kimi tanınan narkomaniyaya qarşı mübarizəmizi gücləndirməliyik

Gənclik bizim sabahımızdır. Gəncliyi qorumalıyıq. Ona görə cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyaya qarşı mübarizəmizi gücləndirməliyik.  Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyil təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara belə əl atırlar. Bu da təbii ki,gənclərimizi özləridə bilmədən könüllü olaraq narkotacirlərin müştərisi edir. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm vəzifələrdən  biri narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Əfsislar olsun ki, narkoticarət hazırda mənfəətli sahələrdən biri olmaqla yanaşı ondan əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə yönəldilir.

Bu da öz növbəsində narkoticarətin gənçlərin həyatını təhlükəyə atmaqla yanaşı həmdə dediyimiz kimi bəzi qanunsuz silahlı birləşmələrin bu ticarət növündən istifadə edərək  maliyələşməsinə səbəb olur. Belə olan halda bəşəriyyətin çox ciddi bir bəla ilə üz – üzə qalmasını deyə bilərik. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkoticarətdən gələn gəlirlərin  hesabına həyata keçirilir və bu gün də davam etməkdədir. Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Gənclər narkomaniyaya qurşanır və bu artıq vərdiş halını alir, beləliklə narkotik vasitələri əldə etmək üçün mümkün vasitələrə əl atır təbii ki, bu da  digər cinayətlərin yaranmasına səbəb olur. Əlbətdə ki, nəzərə alsaq ki, narkotik vasitələrdən istifadə edənlərin əksəriyyəti yeniyetmələrdi cəmiyətimizin nəqədər bir ciddi təhlükə ilə  üz- üzə qaldığının fərqinə varmalıyıq. Bu, bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin həyatının məhv olmasına gətirir və milli genefondu təhlükə altına alır. Fikir versək görərik ki, ilk narkotik maddə istifadə etməyə başlayanların çoxu depressiyadan çıxmaqdan ötrü hər yola əl atır narkotik vasitələri əldə etmək üçün  yollar axtarır və nəticədə digər cinayət törədir , onların həbs olunması ilə nəticələnir.

Əlbətdə ki, bütün bunların qarşısının alnması yönümündə Daxili İşlər Nazirliyinin son günlar başlatdığı narkomaniyaya qarşı mübarizəni diqqətdən kənar saxlamaq doğru olmazdı. Son günlərdə bir sıra rayonlarda narkotacirlərin həbs olunması bir daha onu deməyə əsas verir ki, bütün bu məsələlər Həmişə olduğu kimi bu gündə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun xüsusi nəzarətindədir. Narkomaniyaya qarşı mübarizədə bizdə bir cəmiyyət olaraq Hüquq mühafizə orqanlarına daima dəstək olmalı bir vətəndaş mövqeyi sərgiləyərək polisə öz dəstəyimizi əsirgəməməliyik. Bildirdiyimiz kimi əyər biz bir cəmiyyət olaraq  gənclərimizin bu narkomaniya bəlasından qurtarmaq istəyiriksə  44 – günlük müharibədə necə bir xalq olaraq birlik nümayiş etdirdiksə bu gündə elə birlik nümayiş etdirməli milli dəyərlərimizə yad olan narkomaniya bəlasının birdəfəlik yaddaşlardan silinb atılmasında iştirak etməlyik. Gənclərimizə dəstək olmalıyıq. Onları pis  vərdişlərdən uzaq tutmalı, müxtəlif  pesşələrə, idmana  yönəltməliyik. İdman sahəsinə yönələn gənclər cəmiyyətdə özünəməxsus yer tutur, vətənə, dövlətə xeyir vermiş olur.  Gənclər vətənpərvər ruhda böyüməli, inkişaf etməlidirlər. Qarabağımlz uğrunda Vətən müharibəsində iştirak edən Azərbaycan gəncliyi necə bütün dünya gənclərinə nümunə omuşdusa,  bü gündə nümunə omalı pis vərdişlərdən uzaq durmalıdırlar.