Hüseynbala Mirələmov üzə çıxdı: Yaradıcılığa davam...

Videosu yayılandan sonra uzun müddət sakitliyə çəkilən keçmiş deputat Hüseynbala Mirələmov ədəbi yaradıcılığını yenidən aktiv olaraq davam etdirmək niyyətindədir. 

Sabahinfo.az yeni sabah-a istinadən xəbər verir ki, yazıçının "Azərbaycan" qəzetində "Lələtəpə səltənəti" adlı hekayəsi çap olunub. Yazıçı həmin hekayəni Vətən Müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə ithaf edib. O, öz hekayəsində şəhidin Səltənət adı ilə obrazını yaradıb.

YAP Xətai rayon təşkilatının keçmiş sədri hekayəsini dərc etdiyi üçün sosial şəbəkədə "Azərbaycan" qəzetinə minnətdarlığını bildirib.