İkinci paleplit düşərgəsi

Bəşər sivilizasiyasının Azərbaycan bəxş etdiyi, yaşı milyon illərlə ölçülən nadir maddi-mədəniyyəy abidələrinin bir qismi ölkəmizin cənubunda-Lənkəranın, Lerikin, Astaranın, Masallının, Yardımlının ərazisindəki uca dağlarda məskunlaşmışdır. Deniz səviyyəsinin xeyli yüksəklikdə yerləşən Lerik rayonunda qədimliyinə, tipologiyasına, çoxluğuna, zənginliyinə görə arxeoloq alimlərinin, səyyahların, təbiblərin, etnoqrafların diqqətini cəlb edən qədim yaşayış məskənləri, maddi- mədəniyyət abidələri, daş-qutu qəbirlləri, kurqanlar ulu babalarımızın barmaqları ilə yaradılmış sənət əsərləri-tarixin daş yaddaşı-daşlaşmış poeziyadır. Bu abidələr zəngin mədəni irsimizin daşıyıcılardır. Azərbaycanın dünyaya tanıdılması baxımından əvəzsiz əhəmiyyətə malikdir, gələcək nəsillər üçün çox maraqlıdır, fundental elmi-təqqat işi aaparmaqı tələb edir. Maddi-mədəniyyət abidələri dövlət səviyyəsində, kompleks şəkildə öyrənilməlidir.

XIX əsirdən başlayaraq Lerik rayonunun ərasində kəşfiyyat xarakterli arxeoloji qazıntılar zamanı məşhur Fıransız arxeoloqu və səyyahı Jak de Morqan (1857-1924), qardaşı Henri Morqan və həmyerlisi K.Şafferlə birlikdə 1890-cı ildə maraqlı elimi nəticələrə nail olmuşlar. Onlar qədimi yaşayış məskəni olan dağlarda 230-a qədər qəbir abidəsi açmış, əldə etdikləri zəngin maddi –mədəniyyət nümunələrinin bir qismini Fransanın Sen-Jermen şəhərindəki muzeyə təhfil vermişlər. Bu ekfanatlar böyük elmi-texniki əhəmiyyətə malikdir. Fransız arxeoloqları elmi əsərlər yazmaqla tədqiqatlarını bütün Avropaya yaymışlar. Jak de Morqan aşkar etdikəri qəbir abidələrinin zənginliyindən heyrətlənmiş, Fransaya göndərdiyi məktubda heyranlıqla yazmışdı:”Mən əsl arxeoloji cənnətə düşmüşəm”

Azərbaycanın arxeoloq alimlərindən M. Hüseynov F. Mahmudov, İ.Əzimbəyov, A.Ələkbərov, Ə. Cəfərov, Q.Qoşqarlı, İ. Nərimanov və başqaları maddi- mədəniyyət abidəlrinin üzə çıxarılması, öyrediməsi, tədqiqi üçün xeyli iş görmüşlər. Azərbaycan Milli Elimlər Akademiyası Paleolit Arxeloji Ekspedisiyası 1985-ci ilin yayından başlayaraq Lənkəran-Astara, Lerik və Masallı rayonlarının dağlıq ərazilərində arxeoloji-kəşfiyyat işləri aparır. Ən yaxşı elim nəticə Lerik rayonunun ərazisində əldə olunmuşdur. Kəşfiyyat qazıntılar zamanı qeydə alınmış Zuvandçay mağarası bölgədə ibtidai insanların yaşaması üçün coğrafi baxımdan əlverişli olduğunu söyləməyə əsas vermişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeoloji şöbəsinin müdiri, tarix eimləri doktoru, professor Əədulla Cəfərov 2011-ci ildə ilk dəfəo olaraq Zuvandçay mağarasında arxeoloji kəşfiyyat işləri həyata keçirməyə başlamışdır. Alim tapılan daş məmulatının texniki və tipoloji xüuiyyətindən əsasən əmək alətlərinin Mustye mədəniyyəti dövründə hazırlandığını bildirmişdir. Aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edillmiş maddi- mədəniyyət qaıqları əsasında Zavuandçay mağara-düşərgəsində ibtidai insanların 130 min il bundan əvvəl məskunlaşmasının söyləmək olar. Ən mühüm yenilik də bundan ibarətdir ki, burada qeydə alınmış çöküntülərin qallınlığı daha çox diqqəti cəlb edir, mağarada qədim inanların yaşayış sahəsi 600 kvadratrə bərabərdir. Alimin fikirincə, yaşayış sahəsinə görə yeni qeydə aınmış Zuvandçay mağarasının Azərbaycanın Qarabağ ərazisində qeyidə alınmış Azıx paleolit düşərgəsindən sonra ikinci paleolit düşərgəsi hesab etmək olar.

Zuvandçay mağara düşərgəsində arxeoloji kəşfiyyat işləri uğurla davam etdirilir. Zuvandçay düşərgəində qeyidə alınmış yaşayış sahəsinin həddindən artıq böyük olması və strafiqrafiyanın zənginliyi qədim mağarada uzun müddət ərzində uğurlu arxeoloji qazıntının aparılması zəruri edir.

Xüsusi oaraq qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin, mədəni irsinin dünyaya tanıdıması üçün təkcə mərkəzi regionlardan deyil, respubikanın ən ucqar rayonlarında, məsələn, Lerik rayonunda mühüm layihələr həyata keçirilir. İndi qədim yaşayış yerlərində aşkar edilən arxeoloji abidələr əcnəbi mütəxəssislərinin gözləri qarşıında ortaya çıxırş. Bu da azərbaycanlıların minilliklər boyu doğma torpaqlarda məskunlaşmasını təsdiqləyir, dünya ictimaiyyətinə çatdırır. Abidələrinin çoxluğunu və zənginliyinə, əhəmiyyətinə görə dünyada tanınan Azərbaycanda tarixi- memarlıq abidəllərinin bərpası, qorunması və arxeoloji-kəşfiyyat işlərinin aparılması sahəsində bu gün dövlət səviyyəsində səmərəli işlər həyata keçirilir, ulu əcdadlarımızın yadigarlarının bəşəriyyətə məxsus olduğunu götərir.

Idris Şükürlü Azərbaycanın Əməkdar jurnalisti 

Yazını təqdim etdi Elnarə Həziyeva