“İlhamə xanımla ərsəyə gətirdiyimiz əsərlər..."

“Bu gün Azərbaycan Respublikasının və Dağıstan Respublikasının xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli İlhamə Quliyevanın anadan olmasının 78-ci ildönümüdür. İlhamə xanımın repertuarında həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərləri yer alıb”

 

Bunu Moderator.az-a açıqlamasında deputat, bəstəkar Novruz Aslan deyib. O, İlhamə Quliyevayla bir çox musiqi və əsərlər ərsəyə gətirdiklərini bildirib: “Mənimlə İlhamə xanım arasında uzun müddət məhsuldar işbirliyimiz olub. Bir çox musiqi əsərləri ərsəyə gətirmişik. Bu gün də həmin əsərlər dinlənilir və bir çoxu xalqımız tərəfindən sevilir. İlhamə xanım eyni zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü olub, cəmiyyətin kütləvi tədbirlərində yaxından iştirak edib. Hər il mən və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları onun məzarını ziyarət edirik. Bu gün İlhamə Quliyevanın anadan olmasının 78-ci il dönümü münasibətilə onun məzarı ziyarət edildi. Məzarına əklil qoyuldu və ruhuna dualar oxundu. Allah Rəhmət eləsin!”

 

Qeyd edək ki, bu gün Xalq artisti İlhmə Quliyevanın doğum günüdür. İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 25 fevral 2016-cı ildə isə dünyasını dəyişib.