QHT İnsan alveri ilə bağlı layihəyə start verdi  

“XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri qurbanla üçün sığınacaq işinin təkmilləşdirilməsi və maarifləndirmə işi" layihəsinin icrasına başlayıb. İctimai Birliyin sədri Mahirə Əmirhüseynova qeyd edib ki, layihənin məqsədi insanların sağlam cəmiyyətdə rahat yaşamasını təmin edən dövlətimizə prosesin dayanıqlı olması üşün dəstək göstərməkdir: “İcra olunacaq layihə 01 fevral 2022-ci ildən 01 may 2022-ci il ərzidə həyata keçiriləcək. Layihə insan alveri qurbanları, insan alverinin ehtimal olunan qurbanları və potensial insan alveri qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsindən, onlar üçün sığınacaq işinin təkmilləşdirilməsindən, eləcə gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkilindən bəhs edir”.

M.Əmirhüseynova onu da bildirib ki, layihə çərçivəsində insan alveri qurbanlarının və onların ailələrinin aldığı psixoloji travmanın aradan qaldırılması yönündə iş aparılacaq: “İnsan alveri qurbanlarının tibbi reabilitasiyası, yəni pozulmuş, yaxud itirilmiş funksiyaların bərpasına yönəldilmiş müalicəvi tədbirlərin həyata keçirilməsi, onların xəstəliyinin, alınmış xəsarətlərin nəticələrini aradan qaldırılması, psixoloji, fizioloji, anotomik pozuntuların tam və ya qismən bərpası üzrə tədbirlər görüləcək. Qarşıya qoyulan vəzifələr insan alveri qurbanlarına hüquqlarırın bərpa edilməsi üçün hüququ yardım göstərmək və bu yardımın göstəriməsini təmin etmək, insan alveri qurbanlarının yenidən qurbana çevrilməməsi üçün ailələrinə qayıtmasına köməklik göstərmək və insan alveri qurbanı olması ehtimalı olunduqda həmin şəxsin insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqda (mərkəzdə) yerləşdirilməsi üçün tərbirlər görməkdən ibarətdir. Layihə çərçivəsində insan alveri qurbanlarının sosial reabilitasiyası, onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədi ilə fəaliyyət göstərəcək mərkəzdə onlara kompleks yardım göstəriləcək. Eyni zamanda İnsan alveri qurbanlarının reabilitasiyası və sosial müdafiəsi haqqında milli və beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” Qanununa Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq həyata keçiriləcək. Qısa olaraq layihə çərçivəsində icra olunacaq əsas fəaliyyətləri Sığınacağın təkmilləşdirilməsi, Hüquqi yardım göstərilməsi, Psixoloji yardımların təşkili və maarifləndirmə işinin aparılması kimi xarakterizə edirik. Sığınacaq (Mərkəz) təkmilləşdirildikdən sonra psixoloq xidməti, hüquq xidməti göstəriləcək. Bundan başqa iştirakçılarla interaktiv iş aparılacaq”.