İrəvan Qazaxın 7 kəndini Bakıya qaytarmağa hazır olduğunu AÇIQLADI

İrəvan sovet dövründə mövcud olan anklavları (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi - red.) Bakıya qaytarmağa hazırdır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyan qeyd edib ki, Ermənistan bunun müqabilində anklav formasiyasının tərkibində yerləşən Artsvaşen kəndini (Başkənd) də alır. 

O, Ermənistan və Azərbaycan tərəflərinin bu məsələnin həllini tapacağına əminliyini ifadə edib: "Mən indi konkret heç nə deyə bilmərəm, lakin hüquqi əsaslar varsa, biz anklavları onlara qaytarmağa hazırıq və onlar bizim Artsvaşenimizi qaytaracaqlar".