İsmayıllıda şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

İsmayıllıda pandemiya dövrünün tələblərini pozan restoran rəhbərliyi məsuliyyətə cəlb olunub.

Bu barədə Sabahinfo.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentik əməkdaşları tərəfindən İsmayıllı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Azad Gülməmməd oğluna məxsus “Qala” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Yoxlama zamanı müvafiq portalda (icaze.e-gov.az) qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi müəyyən olunub.

Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.