İstanbulda metro stansiyasında partlayış olub.
Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bayrampaşa rayonundakı stansiyada qeydə alınıb.
Məlumat verirlir ki, partlayış nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.
Partlayış yerinə xeyli sayda təcili tibbi yardım maşınları və yanğınsöndürən briqadaları cəlb edilib.
Metroda hərəkət tam dayandırılıb.
Hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir.