"Jurnalistlər binası"nda uşağın 16-cı mərtəbədən yıxılması faktı araşdırılır

Səbail rayon Prokurorluğu 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şosesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlayıb. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, rayon prokurorluğuna bu barədə məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.