Kanadada istidən 700-dən çox insan öldü

Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində isti hava ilə bağlı 700-dən çox insan ölüb. Axar.az xəbər verir ki, bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib. O qeyd edib ki, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb: “Bu, analoji dövrlə müqayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib”.