Kəlbəcər rayonu region üçün mühüm strateji mövqeyə malikdir

Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, işğaldan azad olunun torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımdan strateji təsirləri var. Bütün kəlbəcərlilər bu səfəri səbirsizliklə gözləyirdilər. O cümlədən çox mühüm strateji əhəmiyyət daşıyan Kəlbəcərə cənab Prezidentin səfər etməsinin bir çox istiqamətlər üzrə mühüm əhəmiyyəti var. Bu, tarixi bir hadisədir. Prezident Kəlbəcərdə bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak etdi, həmçinin çox strateji əhəmiyyət daşıyan layihələrin təməli qoyuldu. Göygöl rayonunun Toğanalı kəndi ərazisindən Kəlbəcərə tunellərin açılmasına başlanır. Prezident bu mühüm layihənin təməlini qoydu. Kəlbəcərin və eyni zamanda Laçının da inkişafında bu tunel yollarının çox böyük əhəmiyyəti olacaq. Bunu cənab Prezident də bəyan etdi. Bu yol bölgənin inkişafına böyük təkan verəcək. Kəlbəcərin elektrik enerjisi ilə təminatı üçün də çox ciddi layihələr həyata keçirilir. Ölkə başçısı bu layihələrdən də bir neçəsinin açılışında iştirak etdi və digərlərində işlərin gedişi ilə tanış oldu. Kəlbəcərdə yaxın zamanlarda “Su Elektrik Stansiyası” fəaliyyətə başlayacaq. Bilirsiniz ki, bir bölgənin inkişafı, qurulması, orada əhalinin normal yaşayışı üçün yol və enerji təminatı ən vacib amildir. Ona görə də Kəlbəcərin yol və elektrik enerjisi ilə təminatı işlərinə çox ciddi diqqət ayrılır və bu istiqamətdə işlər gedir.

Prezident İlham Əliyevin səfəri Kəlbəcərdə quruculuq işlərində yeni böyük mərhələnin başlanmasına təsirini göstərəcək. Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməziliyini göstərən meyarlardır. Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq, regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub. Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq, Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir. Bu da ölkəmizin və o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir. Kəlbəcər rayonu region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək. Ölkə rəhbərinin Kəlbəcərə səfəri bir daha təsdiq edir ki, artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar.Cənab Prezident Laçın rayonunda Beynəlxalq Hava Limanının təməlqoyma tədbirində də iştirak etdi. Bu hava limanının Laçınla yanaşı, Kəlbəcər və bütün bölgə üçün böyük əhəmiyyəti olacaq. Bölgənin inkişafında rol oynayacaq hava limanı bölgəyə xaricdən turistlərin gəlməsi üçün də mühüm əhəmiyyət daşıyacaq. Həmçinin cənəb Prezident Kəlbəcərdə “N” saylı hərbi hissə üçün tikilən bina və orada yaradılan şəraitlə tanış oldu, dövlət bayrağımızı Kəlbəcər şəhərində ucaltdı. Dövlət bayrağımızın Kəlbəcərdə Ali Baş Komandan tərəfindən ucaldılması sıradan bir hadisə deyil. Bunun çox böyük mənası və mesajları var. Prezidentin Kəlbəcərdən xalqımıza, dünya birliyinə, region dövlətlərinə, Ermənistana verdiyi mesajlarda isə Azərbaycan dövlətinin mövqeyində necə qətiyyətli olduğunu bir daha gördük. Ermənistan Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır. Prezidentin Kəlbəcərə səfəri qələbəmizin nəticələrinin möhkəmlənməsində xüsusi rol oynayır.

Son səfər təsdiq edir ki, kifayət qədər həsas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə olunması 44 günlük savaşdan sonra qazandığımız Zəfər kontekstində formalaşan reallığa uyğun olaraq kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcək. Qarabağ Azərbaycandır!

Əli Qurbanov,
YAP Xətai rayon təşkilatı "Neftqaztikinti" ərazi partiya təşkilatının sədr müavini