Kimlər əməkdar artist oldu?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sabahinfo.az-ın məlumatına görə, sərəncamdakı siyahıda digər fəxri adlarla yanaşı, əməkdar artist adı alanlar da var.

Əməkdar artist fəxri adına layiq görülən müğənnilər arasında Elnarə Abdullayeva, İlkin Əhmədov, Bəyimxanım Vəliyeva, Ramil Qasımov kimi tanınmışların adı var.

Aktyorlardan isə Bəhram Bağırzadə, Əzizağa Əzizov, Cabir İmanov prezident tərəfindən təltif ediliblər.

Bu fəxri adı qazanan digər musiqiçilər isə Muğam Müsabiqəsindən tanınan kamança ifaçısı Toğrul Əsədullayev və skripkaçı Ceyhun İsmayılovdur (Maestro Ceyhun).