Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində növbəti videoçarx hazırlandı. Videoçarx dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı-alim, “qeyri-səlis” termininin müəllifi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin 105 illik yubileyinə həsr olunub.
Videoçarxda bildirilir ki, dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Ən böyuk nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından istifadə edirlər. Qeyd olunur ki, Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, nəzəriyyələri ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzində (NASA) tətbiq edilir. Professor Lütfi Zadə NASA-nın və NATO-nun aparıcı mütəxəssisi olmuşdur. 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanmışdır.
Videoçarxda vurğulanır ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. L.Ələsgərzadə 2001-ci il mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının fəxri (xarici) üzvü seçilmişdir. Alim Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olmuşdur.
Riyaziyyatçı-alimin mükafatları, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat da izləyicilərə təqdim olunur.
Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:
https://www.youtube.com/watch?v=lf3iuFMsCqA&t=2s