“Köçkün muzey”i Sumqayıtda

Sumqayıt şəhərində “Qərbi Azərbaycan İcması” Sumqayıt nümayəndəliyinin təmsilçisi, Sumqayıt şəhər Təhsil şöbəsinin metodisti Cəmilə Fəyyazın təşkilatçılığı ilə təşkil olunan

"Qərbi Azərbaycanda mədəni irsimiz: dünən və bu gün"adlı elmi-praktik konfransda deputat həmkarım, icmanın sədri Əziz Ələkbərli ilə birlikdə iştirak etdik. Tarix Muzeyində baş tutan tədbirdə ilk olaraq Sumqayıt şəhər 39 saylı orta məktəbin

direktoru Baxşeyiş Ələmşahovun vaxtı ilə Zəngəzur Dərələyəz elindən çıxara bildiyi, yüksək vətənpərvərlik nümunəsi olan “Bir elin harayı” kolleksiyasında yer tutan müxtəlif eksponatlarla tanış olduq. Kolleksiyanın tərkibində təkcə yaxın əsrlərə yox, hətta çox uzaq XII əsrə aid 60-a qədər qiymətli məişət əşyası nümayiş etdirilir. Qeyd etmək istərdim ki, “Köçkün muzey”in Sumqayıt muzeyində yerləşdirilməsi həm də ona görə əhəmiyyətlidir ki, onunla bütün sumqayıtlılar kimi vaxtilə bu şəhərə pənah gətirmiş, sığınmış yüzlərlə Göyçə-Zəngəzur camaatı da tanış ola bilərlər. Daha sonra dəyirmi masa ətrafında maraqlı fikir mübadiləsi aparıldı. Diqqətə çatdırıldı ki, Müzəffər Ali Baş Komandan, möhtərəm cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Qərbi azərbaycanlıların öz dədə baba, tarixi torpaqlarına qayıtmaq inamı daha da artmışdır.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı

 

+4

2Sen ve 1 diğer kişi