Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi əhalinin sağlamlığına təhlükə yaradan qidaların açıqlandığı “Təqlid edilmiş və ya saxtalaşdırılmış qidalar” siyahısını yeniləyib.
Sabahinfo.az News24.az xəbər verir ki, siyahının ən diqqət çəkən hissəsi kolbasa markaları olub.
Açıqlanan markalar aşağıdakılardır:
- Öztürk Sucuklarında sakatat (baş əti) təsbit edilib. Bu marka Sakaryada istehsal edir və məhsullarını Türkiyənin hər yerinə göndərir.
- Akkoyun markalı mal əti kolbasalarında dəri toxuması və quş əti aşkar edilib. Bu marka Altun Pazarlama Ticaret Limited Şirketi tərəfindən istehsal olunur.
- Ertürk markalı kolbasaların tərkibində mexaniki olaraq ayrılmamış quş əti və soya olduğu aşkarlanıb. Bu marka Ertürk Ət və Ət Məhsulları Qida və Qida Əlavələri Sənaye və Ticarət Limited Şirketi tərəfindən istehsal olunur.
- Ceylaner markalı toyuq kolbasalarında “mexaniki ayrılmış quş əti”ndən istifadə edildiyi aşkarlanıb.
- Afyon Keyf-i Sucuk markası ilə satışa çıxarılan istiliklə işlənmiş toyuq kolbasalarında mexaniki olaraq ayrılmış quş əti aşkar edilib.
- Afyon Gürkasap markalı mal əti kolbasalarında quş ətindən istifadə edildiyi müəyyən edilib. Bu marka Merkil Deniz Ürünleri Gıda İçki Ticarəti tərəfindən istehsal olunur.
- Merkil Deniz Ürünleri Gıda İçki Ticarətinin istehsalı olan Afyon Gürkasap markalı mal əti kolbasalarında quş əti aşkarlanıb.