Kölgə salacağınız hədəf O deyil....

Xeyriyyəçilik biz azərbaycanlılara xas əməldir. Buna görə, heç kimi nə məcbur edirlər nə də ki, heç kimin borcu deyil ki, xeyriyyəçilik eləsin. İmkanı olan, bu işin savabını bilən və anlayan hər kəs öz qulundan çıxanı edir. İndi həssas məqamdır. Müharibədən çıxan Qalib xalq kimi məğrur olmaq əvəzinə görülən işlərə kölgə salan, kiminsə diqtəsi ilə oturub duranların şoularının çiçəklənməsinə vəsilə oluruq. Bu isə xeyriyyəçilik missiyasının dəyərini ucuzlaşdırır. Bu işə siqd ürəklə yanaşanları usandırır. Yenə qeyd edirəm xeyriyyəçiliyi eləməsə kim onlara nə deyəcək ki???

Təqvimiz üzərə Müqəddəs Qurban Bayramını qeyd edirik. Bu bayram milli birlik, paklıq və ən əsası insana sevgi örnəyidir. Yarım kilo əti yesən də olar, yəməsən də.. Əsas odur sayıb onu sənə verirlər. Özüdə təmənnasız.

Sosial şəbəkələrdə qarşıma çıxan bir məsələ diqqətimi çəkdi. Açığı bu yazını da qarşılaşdığım bu mənzərənin fonunda yazmağı qərara aldım. Yasamal rayonunda qazi ona verilən Qurban ətinin keyfiyyətsiz olduğunu əsas gətirərək bu xeyirxah işi həyata keçirənləri hədəf alır. Sonradan moderator.az saytı araşdırma aparır. Məlum olur ki, bu məsələnin Ülvi Quliyevlə heç bir əlaqəsi yoxdur. Yaxşı məsələ belədirsə bir sıra media qurumu bu informasiyanı işıqlandırarkən niyə qarşı tərəfin fikirlərinə yer verməyib. Axı bu jurnalistikanın təməl prinsiplərinə yaddır. Eyni zamanda indi məsələ aydındır. Niyə indi təkzib vermirlər? Bundan belə neticə çıxır ki, yayılan informasiya və bu informasiya ətrafında başladılan şou əslində müəyyən insanların maraqlarına xidmət edir. Ülvi Quliyev isə fəaliyyəti ilə bu maraqların reallaşmasına imkan vermir.

Bir neçə məqamı sizlərin diqqətinə çatdırım. Birincisi Ülvi Quliyev elə deputat deyil ki. elədiyi yaxşılığı reklam etsin. Sosial şəbəkə və saytlar vasitəsi ilə bunun yayımını təşkil etsin. İllərdir imkansız, şəhid və qazi ailələrinə yardım edən millət vəkilinin bu yöndə bir dənə də olsun şəklini görmüsünüzmü? Elələri var ki, yardım hələ qapıdadır artıq boy-boy şəkilləri sosial şəbəkələrdə paylaşılır. Hətta yartdım verdiyti insanın belə şəklini sosiallaşdırmaqdan çəkinmir. Ülvi Quliyev bunu edə bilməz? Bu adam adı kimi Ülvi hissələrə malikdir. Yasamalda kiçicik sorğu aparsanız, heç nə yox şəhid ailələri üçün Yasamal rayonunda olan yaşayış massivində Ülvi Quliyev desəniz onlar sizə onun kim olduğunu deyər. Əslində Ülvi Quliyev haqqında yazı yazanlarda onu yaxşı tanıyır. Ona bələddir. Ancaq xislətli əməlləri bu kimi işləri həyata keçirmələrinə şərait yaradır.

Yasamal rayonunda "Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək" İctimai Birliyi fəaliyyət göstərir. Bu birliyə bayramlarda şəhid ailələri üçün yardım paylanması işinə dəstək olanlar arasında Ülvi Quliyev ön sırada gəlir. Hər bayramda köməkçisi yardımların təşkili ilə yanaşı onların daşınması, ailələrə çatdırılması işində bir başa iştirak edir.

Sonda məlum məsələ barəsində bir neçə cümlə də mən qeyd edim. Ətin xarab olmasını havanın yüksək dərəcədə isti olması, daşınması zamanı yol verilən xətalar əsaslandırır. Necə oldu ki, 100-lərlə ailəyə yox məhz elə bu videonu çəkən qaziyə keyfiyyətsiz ət qismət oldu. 100 nəfərlik sovqatda necə də oldu ki, 1 paylıq ət (əldə etdiyimiz məlumata görə, məhz Ülvi Quliyevin rəhbərliyi ilə paylanılan ət çəki baxımından fərqlənir) yararsız çıxdı. Birincisi burada saxlanma və daşınma eyni zamanda havaların anomal isti keçməsini əsas götürmək lazımdır. Mən bu prosesdə şəxsən iştirak edən birisi kimi deyirəm ki, inanın elə ailələr var ki, onlara zəng edirsən ki, sizə çatacaq yardım var. Günün sonunda gəlib yardımı aparır. Bu da təbii ki, yardımın keyfiyyətinə təsir göstərir. Üstəlik saxlama yeri olmayanda iş daha da çətinləşir.

Sonda isə onu qeyd edim ki, xeyirxah insan doğulmur. Bir insanın qanında və canında xeyirxahlıq varsa o bunu edir. Heç bir təzyiq, heç bir müqavimətə baxmayaraq öz işini görür. Bu işi görəndə isə nə özünü reklam edir, nə də başqa məqsədlər güdür. Sosial şəbəkədə Şirə dönən istifadəçilər. Heç olmaya bu kimi xırda məsələlərə diqqət edin. Onda kimin-kim olduğu üzə çıxacaq.

Bu arada Ülvi Quliyevlə bağlı heç yerdə işıqlandırılmayan bir məsələni də mən deyim bilin. Deputat 44 günlük Vətən Müharibəsi eləcədə Vətən Müharibəsindən sonra Yaşat Fonduna eləcə də Silahlı Qüvvələr Yardım Fonduna ən çox ianə edən deputatlardan biridir. 

Ədil Ədilzadə