Könül Nurullayeva seçiciləri ilə görüşüb - FOTO

Əziz həmvətənlərim,

Bakı şəhəri 𝗡𝗶𝘇𝗮𝗺𝗶 𝗿𝗮𝘆𝗼𝗻𝘂, eyni zamanda digər rayonlardan Deputat Qərargahıma daxil olan müraciətləriniz əsasında növbəti qəbulumuzu reallaşdırdıq.

Sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq onlayn formatda baş tutan əvvəlki qəbullarımızdan fərqli olaraq, bugünki qəbulumuz canlı şəkildə həyata keçirildi.

Həftə ərzində, onlarla sakinin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxdıq, onlardan bəzilərini canlı görüşümüz zamanı dinlədik. Daxil olan və dinlənilən müraciətlərin böyük bir qismi məşğulluq, sosial yardım və təminat mövzularını əhatə etmişdir. Qeyd edilən müraciətləri müvafiq qurumlara təqdim etmək məqsədilə nəzarətə götürdük.