Könül Nurullayevanın məqaləsi İraq mətbuatında 

Milli Məclisin deputatı Könül Nurullayeva İraqın nüfuzlu KİV-lərində bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə ilk rəsmi səfərinin perspektivlərinə dair məqalə ilə çıxış edib. “Azərbaycan-İraq münasibətlərində yeni mərhələ” sərlövhəli məqalədə qeyd olunur ki, İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri, Bakıda aparılan müzakirələr, imzalanan sənədlər əməkdaşlıq üçün yeni imkanların yarandığını söyləməyə əsas verir: “Məlum olduğu kimi, İraqla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci  ildən qurulub və İraq Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir.

Əbdüllətif Camal Rəşidin səfəri isə diplomatik əlaqələr dövründə İraq Prezidentinin  Azərbaycana ilk rəsmi səfəri idi. Bundan əvvəl isə İraq Prezidenti Azərbaycana bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı səfər etmişdi.

Bu dəfəki görüş zamanı Prezidentlər qarşılıqlı əməkdaşlıq, xüsusilə də ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələlər, o cümlədən regionlarımızda siyasi proseslərlə bağlı müxtəlif məsələlərə dair səmərəli müzakirələr apardılar. Əsas hədəf qarşılıqlı ticarətin artırılmasına nail olmaq, infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlığı davam etdirməkdir. İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmaq niyyəti  bir daha bəyan olundu.”

Bakıda aparılan müzakirələri gələn ay Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi və Bağdadda keçiriləcək görüşə töhfə kimi dəyərləndirən K.Nurullayeva məqalədə qeyd edir ki, həm Bakı, həm da Bağdad əlaqələri daha da gücləndirməkdə maraqlıdır və Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri zamanı dövlət başçıları bir daha bununla bağlı qətiyyət nümayiş etdirdilər: “Gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyənləşdirildi.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu və Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında saziş imzalanıb. İki paytaxt arasında birinci birbaşa uçuşun baş tutması, növbəti həftələrdə Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərin nəzərəd tutulması turizm sahəsində əməkdaşlıqda yeni perspektivlər açır. Eyni zamanda vizaların verilməsi prosesinin sadələşdirilməsi də gündəlikdə duran əsas məsələlərdən biridir.

Bir mühüm faktı diqqətə çatdırmaq lazımdır ki, Bakı və Bağdad beynəlxalq təsissatlarda - BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, həmrəylik nümayiş etdirir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.

Görüş zamanı Prezident İlham Əliyev 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük müharibədən sonra son 3 ildə yaranan yeni reallıqlar, bölgədə sülh və təhlükəsizlik perspektivləri diqqətdə saxlanıldı. Azərbaycan Prezidenti bəzi Qərb dairələrinin Ermənistanı revanşizmə həvəsləndirməsinin yaratdığı mümkün riskləri dilə gətirdi. Rəsmi Bakı sülhə hazırdır. Lakin Prezident İlham Əliyevin də söylədiyi kimi, söhbət ədalətli, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhdən gedir. Azərbaycan bölgədə sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhün tərəfdarıdır.

Rəsmi Bağdad isə öz növbəsində Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılmasını dəstəkləyir. Uzun illər münaqişə və müharibələrdən əziyyət çəkən rəsmi Bağdad  bütün problemlərin dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmasının tərəfdarıdır. Əbdüllətif Camal Rəşidin də Bakıda bəyan etdiyi kimi, “müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz.” 
Deputat İraq Prezidentinin Azərbaycana rəsmi səfərinin səmərəli müzakirələrlə yadda qaldığını vurğulayıb: “Dövlət başçılarının qətiyyətli bəyanatları söyləməyə imkan verir ki, bu səfər hər iki ölkə arasında dostluq münasibətlərinin güclənməsinə təkan olacaq. Ölkələrarası münasibətlərin dərinləşməsinin heç şübhəsiz, xalqlar üçün də faydası böyük olacaq.”



تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية- العراقية
تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية-
تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية- العراقية
تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية- العراقية
تدشين مرحلة جديدة في العلاقات الأذربيجانية- العراقية