Kürdəmirin Təklə kəndinə yol çəkiləcək

Əziz seçicilər, hörmətli kürdəmirlilər! Hər birinizi salamlayıram.

Xatırladım ki, həm seçki öncəsi görüşlərimdə, həm sonrakı dövrlərdə kəndlərimizin yol problemi daim diqqətimdə olub. Sevincli haldır ki, Ölkə Başçısı cənab İlham Əliyevin müvafiq sərəncamlarina uyğun olaraq ötən il ərzində rayonun Cəyli və Qarasaqqal kəndlərində yol layihələri icra edilməyə başlandı. Cəyli kəndinin asfalt örtüyü yekunlaşsa da, Qarasaqqal kəndində layihə hələ davam edir. Ümid edirəm ki, qış ayları bitən kimi işlər yenidən davam etdiriləcəkdir.

Əlavə olaraq bildirim ki, tərəfimdən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  rəhbərliyinə müraciət edilib, rayonun Təklə kəndinin yol infrastrukturunun yenidən qurulması haqqında məsələ qaldırılıb. Ümid edirəm ki, şirkət rəhbərliyi xahişimizi nəzərə alacaq və bu il Təklə əhalisinə bu xoş xəbəri çatdıra biləcəyik.

Əminə Ağazadə
Milli Məclisin deputatı