"Laçın həsrətim" səfir və millət vəkilinə təqdim olundu

Yeni çapdan çıxan "Laçın həsrətim" kitabı Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee və millət vəkili Mahir Abbaszadəyə təqdim edilmişdir. Qeyd edək ki, "Laçın həsrətim" Laçın rayonunun tarixi coğrafi ərazisi,Vətən yolunda candan keçən Milli Qəhrəmanları, Şəhidləri ,Qaziləri haqqında məlumatı əks etdirən 4 dildə azərbaycan, türkiyə türcəsində, ingilis tus dilində çap edilmişdir.Kitabda həmçinin Laçın həsrəti ilə yaşayan laçınlıların ürək sözləri verilmişdir. Kitabın sonunda yazar Sevinc Rzanın vətənlə bağlı "Biz heç böyümədik" adlı povestindən kiçik bir parçada yer alır. Kitab iki müəlliflidir İradə Əlili , Sevinc Rza. Kitabın ərsəyə gəlməsində ön söz müəllifi Leyla Bekir ,redaktor Azadə Novruzova ,məsləhətçi Konul Rzazade ,ingilis tus dilinə tərcümə edən Nərminə Rasizadə, türkiyə türkcəsinə tərcümə edən Rəqsanə Qurbanova , korrektor Səmray Əliyevanın əməyi vardır.