Lənkəranın Bağbanlar küçəsində yol problemi

Lənkəran rayon sakini Həsənov Mahir Rasim oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubda qeyd olunur:
"Hörmətli redaksiya!
Daha öncə aidiyyatı qurumlara yazdığım, lakin cavab almadığım məsələni ictimailəşdirməkdə yardımçı olmağınızı sizdən xahiş edirəm. Belə ki, fotolarda da gördüyünüz küçə Lənkəran şəhərində yerləşən Bağbanlar küçəsidir. Yol bərbad durumdadır. 20-ə yaxın ailənin yaşadığı bu küçədə yaşlı insanlar, məktəblilər və digər sakinlər hərəkət edə bilmir. Hətta təcili tibbi yardım maşınları da küçəyə çətinliklə gəlirlər. Hər zaman su və palçıqlı olan küçəni bu yaxınlarda "Azərişıq"dan gəlib daha da bərbad hala salıblar".
Şikayətçi həmçinin qeyd edib ki, illərdir hər zaman bu küçənin kəsişdiyi digər küçələr asfaltlansa da bu küçədə heç bir iş görülməyib.
İnanırıq ki, Lənkəran şəhərində aidiyyatı qurumlar yol problemini aradan qaldıracaq, cənub mirvarisi adlandırdığımız şəhərin mənzərəsinə də daha bir töhfə vermiş olacaqlar.