Lerikdə  “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans

Bu gün Lerik Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik Rayon təşkilatının təsəbbüsü ilə “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirildi. Keçirilən tədbirdə YAP rayon təşkilatının və rayon icra hakimiyyətinin rəhbərliyi, YAP fəalları, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər güllər düzdülər. Daha sonra Mədəniyyət Mərkəzində davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsayev, Vətən Müharibəsi iştirakçısı Şamo İbadov, gənc müəllimə Nuranə Hüseynova, Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin həyat və fəaliyyətindən, müasir,müstəqil Azərbaycanın dünya miqyasında tanınmasındakı rolundan danışdılar.

Çıxışlardan sonra bir qrup partiya fəalına Fəxri Fərnmanlar və partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzüvlük vəsiqələri təqdim olundu. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevə həsr olunmuş “Sən özün memar oldun” adlı qısametrajlı film nümayiş olundu.

İqbal Məmmədov
Milli Məclisin deputatı