Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi “İmkansəz, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial problemlərinin həllinə təşəbbüs” adlı layihənin icrasına başlayıb. 

Layihənin müddəti 3 aydır.

Layihənin ideyası imkansız, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial şəraitlərinin yaxşılaşdırılmasından, xəstə, ahıl və uşaqların müayinəsinin və onlara sosial xidmətlərin təşkil edilməsindən ibarətdir. Məqsəd bu kateqoriyadan olan insanların sosial problemlərinin həllində kömək göstərməklə onlara mənəvi dəstək olmaqdır. Eyni zamanda xeyriyyəçilik ənənələrini gücləndirməklə cəmiyyətin diqqətini bu kateqoriyadan olan insanların problemlərinə yönəltməkdir.

Layihə çərçivəsində fiziki cəhətdən hərəkət etmək imkanı olmayan qoca, tənha və kimsəsizlərə evdə tibbi müayinənin və müalicənin təmin olunmasına, gündəlik ev işlərinin görülməsinə və onların gigiyenik tələbatlarının ödənilməsi üçün sosial təminat şöbəsinə müraciət edərək sosial işçilər cəlb ediləcəkdir.

  Tibbi müayinəni həyata keçirən həkim heyəti könüllü olaraq fəaliyyət göstərəcəkdir.

Hüquqi problemlərlə üzləşən ahıl, qoca, kimsəsiz və tənha insanlara problemlərin həllində yardım da ediləcəkdir.