ABŞ məhkəməsi Maduronu hər dörd maddə üzrə günahkar hesab edərsə, o, maksimum cəza - edam cəzası ilə üzləşə bilər.
Sabahinfo.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Məlumata görə, Maduro "davamlı cinayətkar fəaliyyət"in bir hissəsi olaraq Nəzarət Edilən Maddələr Qanununu pozmaqda ittiham olunur.
Eyni zamanda, qəzet qeyd edir ki, narkotiklə əlaqəli cinayətlərə görə ölüm hökmləri nadir hallarda verilir: bu cür hökmlərin əksəriyyəti qətllərlə bağlıdır.