Mahir Abbaszadə: “İqtisadi rayonların yeni bölgüsünün tarixi əhəmiyyəti var”

“Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanının mühüm tarixi əhəmiyyəti vardır”. Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, tarixi sənəd Azərbaycanda regionların rentabelli inkişafında müsbət təsirini göstərəcək: “Fərmana uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi, iqtisadi, sosial nöqteyi nəzərdən mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda həyata keçirilən regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət siyasəti rayonların, siması dəyişib. Dövlət proqramları çərçivəsində regionlar Azərbaycan iqtisadiyyatına öz töhvəsini verməyə başlayıb. Eyni zamanda cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə də quruculuq işlərinə başlanılıb. Yeni yaranmış Qarabağ iqtisadi rayonu özündə işğal altında olmayan ərazilərlə yanaşı 30 ildən artıq düşmən işğalında olan və Müzəffər Ordumuzun şücaəti nəticəsində işğaldan azad olunan əraziləri birləşdirir ki, bu da işğaldan azad olunan ərazilərimizin inkişafına öz təsirini göstərəcək. Eyni zamanda bu fermanla sovet dövründən leksikomumuzda olan Yuxarı Qarabağ, Aşağı Qarabağ kimi ifadələrin Qarabağ iqtisadi rayonu ilə əvəzlənəcək ki, bu tarixi ədalətin bərpa olunması deməkdir. Şərqi Zəngəzur iqtisadi rayonun formalaşdırılması isə Zəngəzur dəhlizinin açılması fonunda Qarabağın iqtisadiyyatının inkişafını sürətləndirəcək. Doğma yurd-yuvasından qaçqın və məcburi köçgün düşən vətəndaşlarımız öz doğma yurd yuvalarına geri qayadaraq orada gözəl və firavan həyat sürəcəklər”.