Mahiyyətə varmadan xəbəri tirajlamağa tələsməyin, dostlar!

Dünəndən Bakının Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin baş direktor müavini Elxan Əsədovla bağlı sosial şəbəkədə bir-birinin ardınca paylaşımlar edən bəzi saytlar və xəbər agentlikləri görünür bir qədər məsələnin kökunə varmadan tələskənlik göstərirlər.

Xəbər bir sayt rəhbəri olaraq mənim də maraq dairəmdə olduğundan dünən axşam saatlarında Elxan həkimin şəxsən özü ilə telefon vasitəsilə əlaqə saxladım və yayılan məlumatlara münasibətini öyrəndim. E. Əsədov onun hüquq-muhafizə orqanlarına dəvət olunduğunu və dindirilib, buraxıldığını etiraf etdi. Lakin burda səbəbin çağırışçılarıla və ya hansısa korrupsiya əməlləri ilə deyil, xəstəxanada müalicə alan xəstə yaxınları ilə aralarında baş verən narazılıqla əlaqədar olduğunu və nəticədə bir nəfərin şikayət ərizəsi əsasında huquq-mühafizə orqanlarına çağrıldıginı, dindirilib, sorğu-sual olunandan sonra evə buraxıldığını bildirdi. Bunun isə bu qədər rezonans doğuracağını, sosial şəbəkədə ardıcıl tirajlanacağını isə heç ağlına belə gəlməyəcəyini dilə gətirərək, yersiz tirajlanmaya narahatlıgını ifadə etdi.

P.S. Mahiyyətə varmadan xəbəri tirajlamağa tələsməyin, dostlar! Gəlin qəbul edək ki, hər kəs özü-özlüyündə bir şəxsiyyət atributudur. Hər kiçik nüansla bağlı ona kölgə salmağa gəlin tələsməyək!

Bəradər Səməndərli

"Atributinfo.az"