Masallıda 1400-ə yaxın ailəyə Qurban Bayramı münasibətilə bayram sovqatı paylanılıb

70 saylı Masallı Seçki Dairəsinə daxil 1400-ə yaxın ailəyə Qurban Bayramı münasibətilə bayram sovqatı paylanılıb. I və II Qarabağ Müharibəsinin Şəhid və Qazi ailələrinə, həmçinin aztəminatlı ailələrə Qurban Bayramı münasibətilə 3000 kiloya yaxın qurban sovqatı paylanıb.

Aksiyanın həyata keçirilməsində, görüşlərin keçirilməsi və bayram sovqatlarının paylanmasında köməkçilərim Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev və Təhsil Fondunun direktoru H.Hüseynov iştirak edib.

Məşhur Məmmədov
Milli Məclisin deputatı